Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib
# 15 mart 2013 10:24 (UTC +04:00)

Gəncə. Azər Məmmədov – APA. Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, hadisə saat 12 radələrində şəhərin “Kəpəz dairəsi” adlanan hissəsində baş verib. Gəncə şəhər sakini, 1982-ci il təvəllüdlü Rüfət İsmayılov “VAZ 21012” markalı avtomobili idarə edərkən idarəetməni itirib və maşın maneəyə çırpılıb. Ağır bədən xəsarətləri alan R. İsmayılov hadisə yerindəcə dünyasını dəyişib.

Faktla əlaqədar cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR