Elmar Məmmədyarov Pakistan və İranın xarici işlər nazirləri ilə görüşüb

Elmar Məmmədyarov Pakistan və İranın xarici işlər nazirləri ilə görüşüb
# 15 oktyabr 2012 13:10 (UTC +04:00)
XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir qonağı salamlayıb və Azərbaycanla Pakistan arasında münasibətlərin dinamik inkişaf etdiyini qeyd edib.

Pakistanın xarici işlər naziri xanım Hina Rabbani Xar ölkəmizə səfərindən məmnun olduğunu bildirib və Bakı şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısının yüksək səviyyədə təşkilinə görə təşəkkür edib. Ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayan xanım Hina Rabbani Xar Azərbaycan və Pakistan arasında həm ikitərəfli, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində yüksək əməkdaşlığın olduğunu məmnunluq hissi ilə qeyd edib.

Hər iki nazir ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulamış və bu baxımdan iş adamlarının fəaliyyəti üçün yaradılmış şəraitin daha da təkmilləşdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Elmar Məmmədyarov İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Salehi ilə də görüşüb. Nazir Elmar Məmmədyarov qonağı Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirib. Nazir Azərbaycan-İran ikitərəfli əlaqələrinin inkişaf etdiyini qeyd edib.
İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Salehi öz növbəsində Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iştirakından məmnunluğunu bildirib. O, Azərbaycan və İran arasında münasibətlərin genişləndirilməsi üçün potensialın olduğunu vurğulayıb.

Görüş zamanı nazirlər ikitərəfli münasibətlərin müxtəlif aspektləri və regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR