Lənkəranda Qurban bayramı münasibətilə yarmarka keçirilib - FOTO

Lənkəranda Qurban bayramı münasibətilə yarmarka keçirilib - <font color=red>FOTO</font>
# 24 oktyabr 2012 13:34 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı-Astara şosesinin 274-cü kilometrliyindəki köhnə yanacaqdoldurma məntəqəsinin ərazisində Qurban bayramı münasibətilə satış yarmarkası keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, yarmarkaya 15 nəfər fiziki şəxs tərəfindən 1600 baş xırda buynuzlu heyvanlar çıxarılıb. Qurbanlıq üçün nəzərdə tutulmuş mal-qara Zona Baytarlıq Laboratoriyası əməkdaşlarının tibbi müayinəsindən keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR