Azərbaycanın müdafiə naziri NATO-nun Əfqanıstana həsr olunmuş iclasında çıxış edib

Azərbaycanın müdafiə naziri NATO-nun Əfqanıstana həsr olunmuş iclasında çıxış edib
# 10 oktyabr 2012 16:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev oktyabrın 10-da Şimali Atlantika Şurasının Əfqanıstana həsr olunmuş ISAF formatında iclasında iştirak edib.

Аzərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən APA-ya verilən məlumata görə, iclas zamanı nazir S. Əbiyev çıxış edərək Əfqanıstanda aparılan ISAF əməliyyatının cari vəziyyətinə dair fikirlərini bölüşüb, Azərbaycanın göstərdiyi çoxtərəfli töhfələrin davam etdiriləcəyini qeyd edib. Habelə, S. Əbiyev Azərbaycanın ISAF əməliyyatının yekunlaşacağı 2014-cü ildən sonra da Əfqanıstana yardımlarını davam etdirəcəyini vurğulayıb.

Bununla yanaşı, naziri qeyd edib ki, beynəlxalq hüquq və NATO/SNT prinsiplərinin kobud pozulması yolu ilə Azərbaycan torpaqlarının işğalının yaratdığı gərginlik ölkəmizin bu istiqamətdəki səylərini məhdudlaşdırır. O, müxtəlif bəhanələrlə “status-kvo”nun saxlanılması və işğalın davam etdirilməsinin Avro-Atlantik təhlükəsizliyə ciddi təhdid törətdiyini də vurğulayıb.

Brüsselə səfəri çərçivəsində S. Əbiyev bir sıra dövlətlərin müdafiə nazirləri ilə görüşüb və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR