BŞİH İctimai Palatanın MM qarşısında piket keçirmək istəyinə rədd cavabı verib

BŞİH İctimai Palatanın MM qarşısında piket keçirmək istəyinə rədd cavabı verib
# 01 noyabr 2012 08:03 (UTC +04:00)
İP katibi Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, şəhər rəhbərliyi cavab məktubunda qurumun Milli Məclisin qarşısında piketin keçirilmək istəyini məqsədəuyğun saymayıb. Bundan əlavə, aksiyanın keçirilməsi üçün başqa yer də təklif etməyib.

G. Aslanlı qeyd edib ki, İP aksiyanı keçirməkdə israrlı olduğundan BŞİH-in cavabını qəbuledilməz sayır. O bununla bağlı yaxın iki gün ərzində İP-də ayrıca müzakirələrin aparılacağını da deyib

Qeyd edək ki, İP noyabrın 2-də saat 12.00-da Milli Məclisin binası qarşısında “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna ediləcək dəyişikliklərə etiraz olaraq, “Sərbəst toplaşma azadlığına qoyulan qadağaya yox deyirik!” şüarı ilə piket keçirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR