ABŞ Dövlət Departamenti: Ankaraya endirilmiş Suriya təyyarəsində hərbi avadanlıq olduğuna heç bir şübhə yoxdur

ABŞ Dövlət Departamenti: Ankaraya endirilmiş Suriya təyyarəsində hərbi avadanlıq olduğuna heç bir şübhə yoxdur
# 13 oktyabr 2012 11:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. «Suriyaya sanksiya tətbiq edilməməsinin səbəbi BMT Təhlükəsizlik Şurasının üzvləri Rusiya və Çinin davamlı olaraq bu istiqamətdəki qərarlara veto qoymasıdır. Buna görə Rusiyanın izlədiyi siyasət hüquqi olaraq qanuni görünsə də, əxlaqi cəhətdən çöküb». APA-nın məlumatına görə, bunu keçirdiyi günlük brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Viktoria Nuland bildirib.

V.Nuland deyib ki, BMT Təhlükəsizlik Şurasındakı hər bir dövlət tək tərəfli qaydada Əsəd rejiminin dəstəklənməməsi üçün əlindən gələni edir: «Bir ildir söyləyirik, heç bir məsul ölkə, xüsusilə də BMT Təhlükəsizlik Şurasının üzvü olaraq qlobal sülhə məsuliyyətli olanlar Əsəd rejiminə kömək və tərəfdaşlıq etməməlidir».

V.Nuland Ankaraya endirilmiş Rusiyadan Suriyaya uçan təyyarədə tapılanlara dair Türkiyənin çox əhatəli məlumatlar verdiyini ifadə edib: «Bunun ciddi hərbi avadanlıq olduğuna dair heç bir şübhəmiz yoxdur».

Dövlət Departamentinin sözçüsü məsələ ilə bağlı Rusiya ilə təmas qurulduğunu da bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR