Mitt Romni: Obama söz verir, mən isə öz biznesimi yaradaraq sübut edə bilmişəm

Mitt Romni: Obama söz verir, mən isə öz biznesimi yaradaraq sübut edə bilmişəm
# 06 noyabr 2012 01:47 (UTC +04:00)
Nyu-Hempşir. Viktoriya Dementyeva – APA. ABŞ prezidentliyinə namizəd Mitt Romni Nyu-Hempşir ştatında seçki aksiyası keçirib. APA-nın məlumatına görə, M. Romni Mançester şəhərindəki tərəfdarlarını səsvermədə fəal olmağa çağırıb.

O, hazırkı prezident B. Obamanın 4 ilə ərzində vədlərinə əməl edə bilmədiyini deyib: «Çıxışlar vacib deyil, konkret nailiyyətlərə görə qiymət vermək lazımdır».

M. Romni bildirib ki, B Obama büdcə kəsirini azaltmağa söz versə də, nəticədə onu iki dəfə artırıb. İşsizliyin səviyyəsi isə azalmaq əvəzinə 5,2%-dən 7,9%-dək yüksəlib.

M. Romninin sözlərinə görə, prezident B. Obama ölkənin iqtisadiyyatına və orta təbəqənin gəlirlərinə zərbə vurub, onun hakimiyyətdə olduğu 4 il ərzində elektrik enerjisi, benzin və qidanın qiymətləri artıb.

«Obama söz verir, mən isə öz biznesimi yaradaraq sübut edə bilmişəm. Mən hazırkı kursu dəyişməyin yolunu bilirəm, ona görə də namizədliyimi irəli sürmüşəm», deyə M.Romni bəyan edib.

M. Romnini Mançesterdə dəstəkləyənlər arasında müğənni Kid Rok da olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR