Bakıda 25 yaşlı oğlan özünü yandırıb

Bakıda 25 yaşlı oğlan özünü yandırıb
# 18 oktyabr 2012 13:44 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında intihar hadisəsi baş verib. Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Aşıq Qurban küçəsi 21 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1987-ci il təvəllüdlü Anar Məhəmməd oğlu Misirxanov üstünə benzin tökərək özünü yandırıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, bir neçə saatdan sonra orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR