Azərbaycan millisi ciddi itki ilə üzləşib

Azərbaycan millisi ciddi itki ilə üzləşib
# 17 oktyabr 2012 09:38 (UTC +04:00)
Bakı – APA. Azərbaycan millisi ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, komandamızın baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsinin gələn ayın 14-də Şimali İrlandiya ilə baş tutacaq qarşılaşmasında da tam heyətə güvənməyəcək.

Belə ki, 2012-ci ildə yığmamız üçün sonuncu olacaq sınaq Kamran Ağayevsiz baş tutacaq. Qapıçı Belfastdakı görüşü cəza üzündən buraxacaq. Son 2 oyunda - əvvəl Portuqaliya, sonra Rusiya ilə matçlarda sarı vərəqə alan qolkiper bu üzdən cəzalı duruma düşüb. Yığmada ili bitirən Kamran yalnız gələn il seçmə mərhələ matçlarında oynaya biləcək.

Qeyd edək ki, Kamranın 2-ci sarı vərəqəsini aldığı Rusiya ilə görüşdə millinin digər aparıcı üzvü – kapitan Rəşad Sadıqov da oynamayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR