Qvatemalada zəlzələ qurbanlarının sayı 50 nəfərə çatır

Qvatemalada zəlzələ qurbanlarının sayı 50 nəfərə çatır
# 08 noyabr 2012 04:45 (UTC +04:00)
Bakı-APA. Qvatemalada baş vermiş güclü zəlzələnin qurbanlarının sayı 48 nəfərə çatıb. Bu barədə Qvatemala prezidenti Otto Peres Molina məlumat verib.

«Bu əsl faciədir», deyə o bildirib.

Onun sözlərinə görə, sadəcə San-Markos əyalətində 39 nəfər həlak olub. Zəlzələdə yaralananların sayı 155, itkin düşənlərin sayı isə 100 nəfərdir. Rəsmilər həlak olanların sayının arta biləcəyini vurğulayırlar.

Dünən axşam Qvatemalada baş vermiş zəlzələnin gücü 7,2 bal olub. Təbii fəlakət onlarla evi məhv edib. Bir çox yaşayış məntəqələri işıqsız və telefonsuz qalıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR