Sabirabadda qadın kişini bıçaqlayıb

Sabirabadda qadın kişini bıçaqlayıb
# 23 oktyabr 2012 13:25 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynallı-APA. Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon Polis Şöbəsinin müstəntiqi Elnur Əliyev məlumat verib. Hadisə ötən gecə Sabirabadın Nizamikənd kəndində qeydə alınıb. Şirvan şəhər sakini, 35 yaşlı Salmanov Cavid Səfər oğlu uzun müddət yaxın münasibətdə olduğu 26 yaşlı Xəlilova Mirvari Mirsahib qızı tərəfindən bıçaqlanıb. Yaralı dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Üzərində cərrahiyyə əməliyyatı aparıldıqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəyə onların aralarında yaranan münaqişə səbəb olub. Qadın polis tərəfindən saxlanılıb.

Faktla bağlı Sabirabad Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR