Paşha Bank
Bank Of Baku

Rusiya Müdafiə Nazirliyi Aleşkidə rus istehkamçının ölümünü təsdiqləyib - YENİLƏNİB

Rusiya Müdafiə Nazirliyi Aleşkidə rus istehkamçının ölümünü təsdiqləyib - YENİLƏNİB
# 30 oktyabr 2026 14:23 (UTC +04:00)

Rusiya ordusunun hərbçisi Xerson vilayətinin Aleşki şəhərində humanitar missiyanın təhlükəsiz keçidini təmin etmək üçün minaları təmizləyən zaman ölüb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Rusiya ordusunun 98-ci Qvardiya Hava-Desant Diviziyasının istehkamçısı, serjant Andrey Vedernikov Aleşkiyə gedən yollarda minaları təmizləyərkən həyatını itirib.

İstehkamçı ilə bərabər daha bir nəfər də həlak olub.

***

10:12

Xerson vilayətinin Aleşki şəhərində humanitar missiyanın təhlükəsiz keçidini təmin etmək məqsədilə ərazinin minalardan təmizlənməsi zamanı 2 nəfər həlak olub.

APA xəbər verir ki, bunu Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həlak olanlardan biri istehkamçı olub.

“Ərazinin minalardan təmizlənməsi zamanı istehkamçı, həmçinin daha bir nəfər həlak olub. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk”, – Lantratova bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın birinci xanımı Melania Trampın vasitəçiliyi ilə Aleşki şəhərində Rusiya və Ukrayna arasında müvəqqəti olaraq lokal xarakterli atəşkəs elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR