İsveçrədə beş nəfərin ölümü ilə nəticələnmiş silahlı insidentin təfərrüatları məlum olub - YENİLƏNİB - VİDEO

İsveçrədə beş nəfərin ölümü ilə nəticələnmiş silahlı insidentin təfərrüatları məlum olub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 11 may 2015 08:15 (UTC +04:00)

APA-nın “NTV”yə istinadən verdiyi məlumata görə, atəş açmış şəxsin kimliyini açıqlanmasa da, onun 3 uşaq atası olduğu və son vaxtlar ailəsindən ayrı yaşadığı məlum olub.

İstintaq müəyyən edib ki, qatil öncə 58 yaşlı qayınatasını, 87 yaşlı qayınanasını və 32 yaşlı qayınını güllələyib. Sonra o qonşuluqda yaşayan 46 yaşlı kişini öldürüb. Yalnız bundan sonra həmin şəxs özünə qəsd edib.

*** 10.05.2015 12.48

Bakı - APA. İsveçrənin şimalında yerləşən Arqau kantonunun ərazisində baş verən atışma zamanı bir neçə nəfər həlak olub.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, insident ötən gecə baş verib. Sakinlər evlərdən birində atışma səsləri eşidib və əraziyə polis çağırılıb.

“Bir neçə nəfər evin içində, bir neçəsi isə çöldə idi. Xilasedicilər bir neçə nəfərin ölüm faktını qeydə alıblar”, - deyə sakinlərin polisə verdiyi izahatında qeyd olunub.

Ölənlər arasında uşaq yoxdur.

İnsidentin motivi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR