İraqda İŞİD qruplaşmasının əcnəbi silahlıları NBM-ə hücum edib, 15 hərbçi ölüb, 22 nəfər yaralanıb

İraqda İŞİD qruplaşmasının əcnəbi silahlıları NBM-ə hücum edib, 15 hərbçi ölüb, 22 nəfər yaralanıb
# 25 aprel 2015 21:56 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, İŞİD internetdə yaydığı bəyanatda hücumun Fransa, Belçika və Seneqal vətəndaşları olan 3 silahlı tərəfindən törədildiyini bildirib.

Terrorçu-kamikadzelərin İraqın Anbar əyalətindəki “Trebile” nəzarət-buraxılış məntəqəsində üç avtomobilin partlatması nəticəsində 15 hərbçi ölüb, 22 nəfər isə yaralanıb. Məlumata əsasən, silahlıların hücumuna NBM və məntəqədə xidmət çəkən hərbçilərin məişət otaqları məruz qalıb.

Partlayış nəticəsində NBM dağıdılıb, yaxınlıqdakı binalara ciddi ziyan dəyib.

İŞİD terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR