Milli Şura Samir Əsədlinin qurumdan çıxarılmasına aydınlıq gətirib

Milli Şura Samir Əsədlinin qurumdan çıxarılmasına aydınlıq gətirib
# 04 noyabr 2015 14:22 (UTC +04:00)

Qurumun Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev APA-ya açıqlamasında bildirib ki, S. Əsədli Milli Şuranın qərarına tabe olmadığı üçün kənarlaşdırılıb: “Biz Samir Əsədlinin Milli Şuradan çıxarılmasını istəmirdik. Milli Şura noyabrın 1-də keçirilən parlament seçkilərində iştirakdan imtina edib və qərar qurumun bütün üzvlərinə şamil olunub. Lakin Samir Əsədli sonadək seçkilərdə iştirak etdiyinə görə qurumdan çıxarılıb”.

O. Gülalıyev Milli Şura üzvünün qurumdan kənarlaşdırılması ilə bağlı qərarın Koordinasiya Mərkəzində qəbul edilməsinin Əsasnaməyə zidd olduğu barədə fikirlərə də münasibət bildirib: “Milli Şuranın Əsasnaməsində qeyd olunur ki, Milli Şuranın rəhbər orqanı Koordinasiya Mərkəzidir və bu mərkəz qurumla bağlı qərarlar qəbul edə bilər. Bu baxımdan onun çıxarılması Əsasnaməyə uyğundur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR