"Anglo Asian Mining" ötən il "Gədəbəy" yatağından 16,479 min unsiya qızıl hasil edib ki, bu da 2017-ci il ilə müqayisədə 49% çoxdur.
"APA-Economics" şirkətin saytında yer alan hesabata istinadən xəbər verir ki, ötən il şirkət yataqdan 40,583 min unsiya gümüş, 255 min ton mis hasil edə bilib.
Hesabat dövründə "Anglo Asian Mining" ümumi çəkisi 14,956 min unsiya qızıl külçə satıb ki, bu da 2017-ci il ilə müqayisədə 80,56% çoxdur. Ötən il külçələrin 1 unsiyasının qiyməti 1,220 min dollar təşkil edib. Beləliklə, şirkət ilk 3 ay ərzində qızıl külçələrin satışından 1,328 mln. dollar qazanıb.
Bundan başqa, şirkət yanvar-mart ayları ərzində dəyəri 1,7 mln. dollar olan 608 min ton mis konsentratı satıb.