Paşha Bank
Bank Of Baku

COP31-də Heydər Əliyev Fondu və Sıfır Tullantı Fondunun birgə pavilyonu açılıb - FOTO

COP31-də Heydər Əliyev Fondu və Sıfır Tullantı Fondunun birgə pavilyonu açılıb - FOTO
# 11 noyabr 2026 16:12 (UTC +04:00)

Heydər Əliyev Fondu Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində pavilyonla təmsil olunur.

APA xəbər verir ki, pavilyon Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə təşəbbüsü əsasında yaradılıb.

Birgə pavilyonun yaradılması ideyası ilk dəfə 2024-cü ildə Bakıda keçirilən COP29 zamanı irəli sürülüb. Həmin konfrans çərçivəsində təşkil olunan pavilyon ən çox ziyarət edilən məkanlardan biri olub.

Pavilyonda Heydər Əliyev Fondunun sosial, mədəniyyət, təhsil, səhiyyə, yenidənqurma və bərpa, ətraf mühitin mühafizəsi və digər istiqamətlərdə həyata keçirdiyi layihələr foto və videomateriallar vasitəsilə təqdim olunur.

Qeyd edək ki, COP31-də “Dialoq Dəhlizi” (“Corridor of Dialogue”) konsepsiyası əsasında hazırlanan Azərbaycan pavilyonu isə Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib.

Pavilyon Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq üçün platformalar yaratmaq ənənəsini davam etdirir. Burada əsas diqqət əldə edilən razılaşmaların dialoq vasitəsilə konkret nəticələrə və praktik əməkdaşlığa çevrilməsi imkanlarına yönəldilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR