Ceyms Şarp: Azərbaycan digərləri üçün yaşıl enerjiyə keçiddə nümunə olmalıdır

Ceyms Şarp: Azərbaycan digərləri üçün yaşıl enerjiyə keçiddə nümunə olmalıdır
# 23 aprel 2024 19:48 (UTC +04:00)

Britaniya COP-la bağlı Azərbaycanla təcrübəsini bölüşməyə hazırdır və artıq Azərbaycandan nümayəndələr Londonda olublar. Britaniyanın Azərbaycandakı səfirliyi bu istiqamətdə işləyir. Düşünürəm ki, bu konfransa ev sahibliyi etmək Azərbaycan üçün böyük nailiyyətdir.

APA xəbər verir ki, bunu aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edən Britaniyanın Azərbaycandakı sabiq səfiri Ceyms Şarp jurnalistlərə açıqlamasında deyib.

Ceyms Şarp bildirib ki, Azərbaycan da iqlim dəyişikliyinin fəsadları ilə üzləşir və bu mənada iqlim dəyişikliyi ilə bağlı məsələlərə fokuslanmaq üçün bu konfrans yaxşı fürsətdir: "Bu konfransa ev sabibliyi Azərbaycan üçün həm də məsuliyyətlidir."

Sabiq səfir deyib ki, iştirakçı ölkələrin iqlim dəyişikliyi, onun öhdəlikləri barədə fərqli yanaşmaları var və bu mənada bütün bu yanaşmaları koordinasiya etmək vacibdir, Azərbaycanın isə bütün ölkələrlə yaxşı əlaqələri var: "Azərbaycan məsuliyyətin fərqindədir və bu istiqamətdə fəal işləyir".

Ceyms Şarp əlavə edib ki, Azərbaycan digərləri üçün yaşıl enerjiyə keçiddə və qaz emissiyaların azaldılmasında nümunə olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR