Yalçın Rəfiyev: COP29 komandası substantiv məsələlər üzrə üç əsas istiqamətdə fəaliyyət göstərir

Yalçın Rəfiyev: COP29 komandası substantiv məsələlər üzrə üç əsas istiqamətdə fəaliyyət göstərir
# 01 may 2024 15:48 (UTC +04:00)

Hazırda COP29 komandası substantiv məsələlər üzrə üç əsas istiqamətdə fəaliyyət göstərir.

APA xəbər verir ki, bunu COP29-un Baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” mövzusunda panel müzakirələri zaman deyib.

O bildirib ki, hələlik COP29-un yekun sənədləri üzrə danışıqlar prosesi başlamayıb, ancaq bu prosesə hazırlıq məqsədi ilə müxtəlif tərəf dövlətlərlə, qeyri-tərəf olan bu prosesin iştirakçıları ilə aktiv məsləhətləşmələr aparılır, nəticədə onların mövqeləri öyrənilir və indidən danışıqlar prosesinin strategiyası hazırlanır.

“İkinci istiqamət olaraq, biz sədrin fəaliyyət gündəliyi adlandırılan COP29 sədrliyinin təşəbbüsləri barədə məlumatları alıb təhlil edirik və onların əsasında öz fəaliyyət gündəliyimizi hazırlayırıq. Nəhayət, üçüncü istiqamət, milli səviyyədə Azərbaycan hansı tədbirləri görməlidir, hansı addımlar atmalıdır ki, özü qlobal miqyasda bir nümunə göstərə bilsin, bu istiqamətdə də konsultasiyalar aparılır”, - deyə o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR