Bank Of Baku

“Bitcoin”in qiyməti 83,6 min dollara yüksəlib

“Bitcoin”in qiyməti 83,6 min dollara yüksəlib
# 01 oktyabr 2026 08:00 (UTC +04:00)

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində müsbət dinamika qeydə alınıb.

“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin”in qiyməti son 24 saatda 0,40% artaraq 83 630,04 ABŞ dollarına yüksəlib. Kriptovalyuta son 7 gündə 0,41% ucuzlaşsa da, son 30 gündə 6,24% bahalaşıb.

“Ethereum” 0,66% bahalaşaraq 2 689,56 dollara, “Zcash” 1,13% artaraq 1 422,53 dollara, BNB 1,10% yüksələrək 768,54 dollara çatıb. “Monero” 1,12%, “Bitcoin Cash” 0,71%, “Bittensor” isə 1,76% bahalaşıb.

Qızıl əsaslı kriptovalyutalarda isə ucuzlaşma qeydə alınıb. “PAX Gold” (PAXG) 0,23% azalaraq 4 174,11 dollara, “Tether Gold” (XAUT) isə 0,23% geriləyərək 4 166,33 dollara enib.

“CoinMarketCap 20” indeksi son 24 saatda 0,41% artaraq 174,07 bənd təşkil edib.

Analitiklər bildirirlər ki, kriptovalyutalara ABŞ-da gözləniləndən zəif inflyasiya göstəricisinin açıqlanmasından sonra növbəti faiz artımı ehtimallarının azalması müəyyən dəstək verir. Bununla belə, ABŞ dövlət istiqrazlarının gəlirliliyinin yüksək qalması və bazarda mənfəətin realizasiyası “Bitcoin”in daha sürətli bahalaşmasını məhdudlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR