Azərbaycanlı həkim Uralda ilk özəl doğum evi açıb

Azərbaycanlı həkim Uralda ilk özəl doğum evi açıb
# 05 iyun 2013 11:20 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Bu gün Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı həkim Rasim Əliyevin rəhbərlik etdiyi “Parasels” tibb mərkəzinin bazasında Ural regionunda ilk özəl doğum evi və çoxprofilli tibbi klinikanın açılışı olub.

Bu barədə APA-ya məlumat verən tibb mərkəzinin nümayəndəsi Natalya Kazakova bildirib ki, Sverdlovsk vilayətinin ən iri tibbi müəssisəsi olan “Parasels” tibb mərkəzi daim yeniliklərə imza atır və göstərilən xidmətlərin yaxşılaşdırması üzərində işləyir.

O qeyd edib ki, şəhərin mərkəzində yerləşən və 26 nəfərlik doğum evində ixtisaslaşmış həkimlər hamilə qadınlara bütün xidmətləri göstərəcəklər. Çoxprofilli klinikada isə müasir laboratoriya, şüa diaqnostika, endokrin müayinə, ambulator şöbələri və cərrahi əməliyyat bloku fəaliyyət göstərəcək.

Tibb müəssisələrində müştərilər üçün lazımi şərait yaradılıb, ən müasir avadanlıq istifadə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR