Serbiyada tuneldə iki sərnişin qatarı toqquşub

Serbiyada tuneldə iki sərnişin qatarı toqquşub
# 02 may 2013 17:01 (UTC +04:00)

Bakı-APA. Belqrad yaxınlığında tuneldə iki sərnişin qatarı toqquşub. İlkin məlumata görə, qəza nəticəsində bir neçə adam xəsarət alıb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə “B92” serb telekanalı məlumat yayıb.

Məlumata görə, tunelin giriş hissəsinə 6 ədəd təcili yardım maşını cəlb olunub. Telekanal qeyd edib ki, yaralanan sərnişinlərin hamısı bir vaqonda gedirmiş.

Qəzanın səbəbləri hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR