Azərbaycanın tanınmış reperi Hüseyn Dərya dünyasını dəyişib - VİDEO

Azərbaycanın tanınmış reperi Hüseyn Dərya dünyasını dəyişib - <span style="color: red;">VİDEO
# 15 mart 2014 09:57 (UTC +04:00)

Bu barədə APA-ya 3 saylı şəhər Klinik Xəstəxanasından bildirilib.

Məlumata görə, Hüseyn Dərya yarım saat əvvəl dünyasını dəyişib.

Qeyd edək ki, ötən gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, tanınmış reper Hüseyn Dəryanın idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən KamAZ markalı maşına çırpılıb.

Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR