Tacikistan və Qırğızıstan münaqişə baş verdiyi sərhədyanı zonadan hərbi birləşmələrin çıxarılması haqda razılığa gəlib

Tacikistan və Qırğızıstan münaqişə baş verdiyi sərhədyanı zonadan hərbi birləşmələrin çıxarılması haqda razılığa gəlib
# 14 yanvar 2014 07:45 (UTC +04:00)


Bakı – APA. Tacikistan və Qırğızıstan münaqişə baş verdiyi sərhədyanı zonadan hərbi birləşmələrin çıxarılması haqda razılığa gəlib.

APA – nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, müvafiq qərar Qırğızıstanın Batken vilayətində keçirilən danışıqlar zamanı əldə edilib.

Qeyd edək ki, yanvarın 11-də qırğız və tacik sərhədçilər arasında atışma olub. Hadisə nəticəsində 6 qırğız və 2 tacik yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR