Şamaxıda bıçaqlanma hadisəsi olub - VİDEO

Şamaxıda bıçaqlanma hadisəsi olub - <span style="color: red;">VİDEO
# 07 noyabr 2013 12:56 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov-APA. Şamaxı rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Kələxana kəndində qeydə alınıb. Kənddə məskunlaşan Ahıska türkü İslamov Mahmud Əsgər oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Cəbrayıl rayonundan olan məcburi köçkün, 1980-ci il təvəllüdlü Abduləliyev Vəzir Abduləli oğlunu bıçaqlayıb. Şamaxı Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR