Mahaçqalanın meri qətlin təşkilində şübhəli bilinərək saxlanılıb - APA TV

Mahaçqalanın meri qətlin təşkilində şübhəli bilinərək saxlanılıb - <span style="color: red;">APA TV
# 01 iyun 2013 17:43 (UTC +04:00)

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.

“Mahaçqalanın meri Səid Əmirova qarşı Mahaçqalanın Sovetski rayonu üzrə Rusiya İstintaq Komitəsinin istintaq şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən şəxsin qətlini təşkil etmə faktı üzrə cinayət işi başlanıb”, deyə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin qeyd edib.

RİK rəsmisi həmçinin əlavə edib ki, Əmirov artıq saxlanılıb və Moskvaya etap olunub. Bundan başqa, cinayət işi üzrə 10 nəfərdən çox şəxs saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR