Özünü jurnalist kimi təqdim edərək məktəb direktorundan pul tələb edən qadın saxlanılıb

Özünü jurnalist kimi təqdim edərək məktəb direktorundan pul tələb edən qadın saxlanılıb
# 18 yanvar 2014 11:05 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Astara rayonunda özünü “Korrupsiya” qəzetinin əməkdaşı kimi təqdim edən qadın saxlanılıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 17-də özünü “Korrupsiya” qəzetinin əməkdaşı kimi təqdim edən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Faila İbrahimova Astara rayon Siyəkü kənd orta məktəbinin direktoru Hikmət Muradova hədə-qorxu gələrək ondan 100 manat alarkən Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR