Dünən Bakıda havanın temperaturu iqlim normasından 3-4 dərəcə yüksək olub

Dünən Bakıda havanın temperaturu iqlim normasından 3-4 dərəcə yüksək olub
# 02 may 2014 12:04 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, dünən Bakıda və Abşeron yarımadasında iqlim normasından yüksək temperatur qeydə alınıb. Belə ki, mayın 1-də paytaxtda havanın temperaturu iqlim normasından 3-4 dərəcə yüksək olub.

A.Verdiyev qeyd edib ki, bu gün də Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından bir qədər yuxarıdır. Mayın 3-də və 4-də isə havanın temperaturunun norma daxilində olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR