Türkiyənin ROKETSAN şirkəti Azərbaycanın sifariş verdiyi 122 və 300 mm çaplı reaktiv atəş sistemlərinin çatdırılmasını bu il yekunlaşdıracaq

Türkiyənin ROKETSAN şirkəti Azərbaycanın sifariş verdiyi 122 və 300 mm çaplı reaktiv atəş sistemlərinin çatdırılmasını bu il yekunlaşdıracaq
# 22 may 2014 20:05 (UTC +04:00)

Bu barədə APA-ya Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən KADEX-2014 müdafiə sərgisində iştirak edən ROKETSAN şirkətinin stendindən məlumat verilib.

Şirkət rəsmilərinin sözlərinə görə çatdırılmalar qrafik üzrə problemsiz yerinə yetirilir.

Azərbaycanın SOM “hava-yer” sinfli raketlərə də böyük maraq göstərdiyini deyən ROKETSAN nümayəndələrinin sözlərinə görə, yaxın vaxtlarda bu raket Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına daxil olacaq. F-16 döyüş təyyarələri ilə yanaşı raketin F-4 təyyarəsinə inteqrasiyası üzərində işlər aparılır. Gələcəkdə 250 km mənzilə sahib olan SOM raketlərinin MiQ-29 təyyarələrinə inteqrasiyası imkanlarına da baxılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR