Spiker Oqtay Əsədov: “Gənclərin müvəqqəti saxlama təcridxanasında çəkilən fotolarını yayanlara ar olsun!”

Spiker Oqtay Əsədov: “Gənclərin müvəqqəti saxlama təcridxanasında çəkilən fotolarını yayanlara ar olsun!”
# 14 may 2013 09:43 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Milli Məclisin iclasında millət vəkili İqbal Ağazadə üç müxalif gəncin müvəqqəti saxlama təcridxanasında çəkilən fotoşəkillərinin sosial şəbəkələrdə yayılması məsələsinə toxunub.

APA-nın xəbərinə görə, İ.Ağazadə deyib ki, müvəqqəti təcridxanaya müxalifət daxil olmur, bunu hüquq-mühafizə orqanları edib.

Spiker Oqtay Əsədov deyib ki, bunun hüquq-mühafizə orqanları tərəfindən edildiyini söyləmək düzgün deyil: “Bunu kim edibsə, ona ar olsun! Əldə fakt olmadan kimisə ittiham etmək isə düzgün deyil”.

Qeyd edək ki, sosial şəbəkələrdə Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və müxalifət fəalı İlkin Rüstəmzadənin müvəqqəti saxlama təcridxanasında çəkilmiş fotoşəkilləri yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR