Ermənilər Tovuz, Tərtər, Füzuli və Göygöl cəbhəsində atəşkəsi pozublar - VİDEO

Ermənilər Tovuz, Tərtər, Füzuli və Göygöl cəbhəsində atəşkəsi pozublar - <span style="color: red;">VİDEO
# 06 oktyabr 2013 07:37 (UTC +04:00)

Bakı – APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqedzor kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu və Qaralar kəndlərində yerləşən mövqelərimizi atəşə tutub.

Tərtər rayonunun Yarımca, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR