Azərbaycanın Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası və Türkiyə Dövlət Kadrlar İdarəsi arasında əməkdaşlıq üzrə Fəaliyyət Planı imzalanıb - FOTO

Azərbaycanın Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası və Türkiyə Dövlət Kadrlar İdarəsi arasında əməkdaşlıq üzrə Fəaliyyət Planı imzalanıb - <span style="color: red;">FOTO
# 23 yanvar 2014 09:18 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Bakıda “Türkiyə ilə Azərbaycan arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq Protokolu” çərçivəsində “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı”nın imzalanma mərasimi keçirilib.

APA-nın məlumatına görə, Fəaliyyət Planını Komissiyanın sədri Bəhram Xəlilov və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsinin sədri Mehmet Ali Kumbuzoğlu imzalayıb. B. Xəlilov bildirib ki, Komissiya ilə Türkiyənin Dövlət Kadrlar İdarəsi arasında əməkdaşlığa dair ilk protokol imzalanıb. Həmin protokolun əsasında əməkdaşlıq davam edir. Onun sözlərinə görə, bu gün imzalanan Fəaliyyət Planında isə 2014-2015-ci illər ərzində hər il üçün qarşılıqlı işgüzar səfərlərin həyata keçirilməsi nəzərdə tutulur. Səfərlər zamanı dövlət qulluğunda islahatlar və insan resurslarının idarə olunması sahəsinə dair yeni yanaşmalar nəzərdən keçiriləcək, dövlət qulluğuna qəbul, dövlət qulluqçularının peşə hazırlığı, etik davranış qaydalarına nəzarət sistemi, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi, rotasiya sisteminin tətbiqi, dövlət qulluğunda şəffaflıq, xidmətlərin çatdırılmasında qərəzsizliyin təmin olunması, dövlət qulluqçularının vəzifədə yüksəlişi, dövlət qulluğunda idarəçiliyində e-hökumətin tətbiq olunması sahəsində təcrübə mübadiləsi aparılacaq. Eyni zamanda, hər iki ölkənin dövlət qulluğuna dair aparılmış təhlili nəticəsində müəyyən edilmiş problemli məsələlər və həmin problemlərin həlli yolları sahəsində müzakirələr aparılacaq. Fəaliyyət Planında dövlət qulluğu sisteminə təlim proqramları və seminarların təşkil edilməsi, zərurət olduğu halda dövlət qulluğu və insan resurslarının inkişafına dair nəşrlə mübadiləsinin aparılması da nəzərdə tutulur.

Türkiyənin Dövlət Kadrlar İdarəsinin sədri Mehmet Ali Kumbuzoğlu isə qeyd edib ki, hər iki ölkənin rəhbərliyi tərəfindən dövlət idarəçiliyi sahəsində əməkdaşlığa böyük önəm verilir: "Biz Azərbaycanla dövlət idarəçiliyi sahəsində əməkdaşlığımızı inkişaf etdirmək niyyətindəyik. Bunun üçün dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində müxtəlif layihələr həyata keçiriləcək".

İmzalanma mərasimində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR