Gəncədə evdə yanğın olub - VİDEO

Gəncədə evdə yanğın olub - <span style="color: red;">VİDEO
# 10 oktyabr 2013 08:02 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Məhsəti qəsəbəsində, Rumin Mehdiyevə məxsus evdə qeydə alınıb. Səhər saat 8.15 radələrində başlayan yanğın təxminən 30 dəqiqəyə söndürülüb. Alovu söndürmək üçün hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb edilib. Ümumi sahəsi 50 kvadratmetr olan evin iki otağı içərisində olan əşyalarla birlikdə yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. İdarədən verilən məlumata görə, yanğın baş verən zaman evdə azyaşlı uşaqlar olub. Yanğını uşaqların törətdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR