Elman Abdullayev: “Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bütün dünya qəbul edir”

Elman Abdullayev: “Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bütün dünya qəbul edir”
# 09 aprel 2014 13:05 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistan prezidenti Serj Sarkisyanın Türkmənistanda səsləndirdiyi bəyanata münasibət bildirərkən deyib.

E. Abdullayevin fikrincə, yaxşı olardı ki, S. Sarkisyan erməni tərəfinin qeyri-konstruktiv mövqeyini bir daha göstərən bəyanatlar vermək əvəzinə, öz səylərini və enerjisini münaqişənin həllinə yönəldərdi: “Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bütün dünya ictimaiyyəti qəbul edir. Ermənistanın bununla barışmasının vaxtı çoxdan çatıb”.

Xatırladaq ki, S. Sarkisyan Türkmənistana səfəri zamanı Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnun mübahisə predmeti olmadığını söyləyib və bunun hüquqi baxımdan da təsbit olunmasının vacibliyini vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR