Naxçıvan Dövlət Kukla Teatrı Azərbaycanı Düşənbədə keçirilən Beynəlxalq Kukla Teatrları Festivalında təmsil edir

Naxçıvan Dövlət Kukla Teatrı Azərbaycanı Düşənbədə keçirilən Beynəlxalq Kukla Teatrları Festivalında təmsil edir
# 18 aprel 2014 16:52 (UTC +04:00)

Azərbaycanın Tacikistandakı səfirliyindən APA-ya verilən məlumata görə, festivalda 10 ölkənin - Tacikistan, İran, Türkiyə, Fransa, Rusiya, İspaniya, Belarus, Azərbaycan, Qırğızıstan, Qazaxıstanın kukla qruplarının ən yaxşı tamaşaları göstəriləcək. Tamaşalar tacik, rus və digər dillərdə təqdim olunacaq.

Festivalda Azərbaycanı Məhəmmədtağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı təmsil edir.

Azərbaycanın xalq artisti Yasəmən Ramazanovanın rəhbərliyi ilə Düşənbəyə səfər edən 13 nəfərlik teatr qrupu aprelin 21-də Ü.Hacıbəylinin “Arşın mal alan” əsərini tamaşaçılara təqdim edəcək.

Festival aprelin 22-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR