“Qafqazşünaslıq” adlı biblioqrafik göstərici çap olunub

“Qafqazşünaslıq” adlı biblioqrafik göstərici çap olunub
# 30 may 2014 17:40 (UTC +04:00)

Mərkəzi Elmi Kitabxananın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, göstəricidə Qafqazın, İranın və Türkiyənin qədim tarixi, orta əsrlər tarixi və XX yüzilliyin tarixi dövrləri əhatə olunub.

Göstərici Qafqaz xalqlarının tarixini, coğrafiyasını, etnoqrafiyasını, arxeologiyasını, ədəbiyyat və incəsənətini müfəssəl öyrənmək üçün dəyərli vəsaitdir. Kitab üç iri bölmədən ibarətdir: Qafqaz, İran və Türkiyə.

Qafqaz bölməsinə Azərbaycan, Gürcüstan, Ermənistan və hazırda Rusiya Federasiyasının subyektləri olan Dağıstan, İnquşetiya, Kabardin-Balkar, Şimali Osetiya, Çeçenistan, Krasnodar və Stavropol vilayətləri, Rostov vilayəti, Qaraçay-Çərkəz, Adıgey və başqaları daxil edilib.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin rəyi əsasında hazırlanan, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Aybəniz Əliyeva-Kəngərlinin elmi rerdaktorluğu, Gülarə Xələfovanın və Nigar Babayevanın tərtibçiliyi ilə işıq üzü görən göstəricidə tarix, coğrafiya, etnoqrafiya, arxeologiya, kənd təsərrü­fatı, sənaye, dövlət idarəçiliyi, maarif, ədəbiyyat, incəsənət və bib­lioq­rafiya bölmələri əhatə olunur. Biblioqrafik göstəricidən istifadəni asanlaşdırmaq məqsədi ilə sonda yardımçı aparat-adlar və müəlliflərin əlifba göstəricisi verilib.

Kitab qafqazşünas alimlər, habelə Azərbaycan, Gürcüstan və digər ölkələrin problemləri ilə məşğul olan tədqiqatçılar üçün böyük maraq doğurur. Həmçinin türkoloqlar üçün çox qiymətli materiallar da təqdim olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR