Ağstafada və paytaxtda yanğın hadisəsi baş verib

Ağstafada və paytaxtda yanğın hadisəsi baş verib
# 13 mart 2014 20:40 (UTC +04:00)

Bakı-APA. Ağstafada və Bakıda bu gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağstafa rayonu, Saloğlu qəsəbəsində bələdiyyəyə məxsus ərazidə 10 ha sahədə kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın saat 20:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakının Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 21:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR