Vurğun Əyyub: “Bu cür ciddi məsələlərdə İsa Qəmbərin razılığı olmadan addım atmazlar” - VİDEO

Vurğun Əyyub: “Bu cür ciddi məsələlərdə İsa Qəmbərin razılığı olmadan addım atmazlar” - <span style="color: red;">VİDEO
# 04 may 2015 12:47 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Müsavat Partiyasının indiki rəhbərliyi çox yaxşı bilir ki, qeyri-legitimlik damğasını heç cür üzərindən götürə bilməyəcək və indi də onun intiqamını almağa çalışır. Mən partiyanın indiki rəhbər orqanlarını legitim hesab etmədiyim üçün, kənarlaşdırılmağımla bağlı qərarın sifariş əsasında ortaya çıxdığını bilərək, hüquqlarımın bərpası üçün onlara müraciət etmək fikrində deyiləm”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı sədrinin 1-ci müavini Vurğun Əyyub Müsavat Partiyasından çıxarılması ilə bağlı qərara münasibət bildirərkən deyib. O, qərarın Müsavat Partiyasının Nizamnamə tələblərindən kənar olduğunu bildirib: “Bu, sadəcə Müsavat Partiyasının rəhbər orqanlarını legitim saymayan Vurğun Əyyubdan intiqam və qisas almaq cəhdidir. Heç bir halda nə partiya qərarlarının əleyhinə getmişəm, nə də kiminsə ünvanına aşağılayıcı ifadə işlətmişəm. Amma Arif Hacılının ətrafında olanların hamısı ünvanıma təhqiredici fikirlər söyləyiblər. Müsavatçılıq ideologiyasına bağlı olan bir adamam və bu ideologiyanın hələ də Azərbaycan cəmiyyətinə xoşbəxtlik və uğur gətirəcəyinə inanıram. Düşünürəm ki, müsavatçılıq ideologiyasına bağlı olmaq üçün mütləq Müsavat adında bir partiyanın üzvü olmaq şərt deyil”.

V. Əyyub partiyadan çıxarılmasında sabiq başqan İsa Qəmbərin rolunun olub-olmaması barədə suala belə cavab verib: “Bu qərarda İsa Qəmbərin rolunun olması barədə bir şey deyə bilmərəm. Amma onu bilirəm ki, bu cür ciddi məsələlərdə İsa Qəmbərin razılığı olmadan addım atmazlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR