Rumıniya səfiri: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayır”

Rumıniya səfiri: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayır”
# 29 aprel 2015 09:18 (UTC +04:00)

Rumıniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bunu Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu Azərbaycan-NATO Beynəlxalq Məktəbinin təşkil etdiyi “Xəzərə geosiyasi baxış: Azərbaycanın yeni rolu” adlı beynəlxalq konfransda çıxış edərkən deyib.

“Ölkəmiz Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan (AGRİ) qaz kəməri layihəsinin daimi müttəfiqi və dəstəkçisidir. NATO-ya üzv ölkələrin iqtisadi, siyasi və enerji əməkdaşlığı artıb. Rumıniya Avropa İttifaqına və NATO-ya üzv olan ölkə kimi Azərbaycanın Avropa ilə əlaqələrinin möhkəmləndirilməsi üçün göstərdiyi qətiyyəti dəstəkləyir”, - deyə o vurğulayıb.


Səfir çıxışı zamanı Rumıniyanın Azərbaycanla birgə icra etdiyi iri layihələr vasitəsilə iki ölkə arasında iqtisadi-siyasi əlaqələrin dərinləşməsində maraqlı olduğunu bildirib. O qeyd edib ki, strategiya Mərkəzi Asiya ilə Qafqaz arasında ticarət əlaqələrə geniş imkan yaradacaq Qara dəniz-Xəzər yük nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR