Bakıda yol təmirə bağlanıb

Bakıda yol təmirə bağlanıb
# 30 iyul 2015 13:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda yol təmirə bağlanıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, Asif Məhərrəmov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti 3-cü mikrorayon dairəsindən 20 Yanvar küçəsi (Şamaxinka) istiqamətində məhdudlaşdırılıb.

Sürücülərə alternativ olaraq Moskva prospekti və Cavadxan küçəsindən istifadə etmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR