Yevlaxda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var

Yevlaxda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var
# 10 mart 2015 09:28 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Yevlaxda minik avtomobili yük maşını ilə toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Yevlax rayonu ərazisində “VAZ” markalı minik avtomobili və “İsuzu” markalı yük avtomobilinin toqquşması barədə məlumat daxil olub. Nəticədə “VAZ” markalı minik avtomobildə olan dörd nəfər sərnişininə xilasedicilər tərəfindən ilkin tibbi yardım göstərilib və xəsarət alanlar aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR