Bakıda İran vətəndaşının evinə basqın olub

Bakıda İran vətəndaşının evinə basqın olub
# 26 may 2015 09:32 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Yasamal rayonunda Məhəmməd Xiyabani küçəsi ev 10C, mənzil 7-də qeydə alınıb.

Özlərini kabel internet televiziyasının əməkdaşı kimi təqdim edən iki naməlum şəxs, qeyd olunan mənzildə kirayə yaşayan İran İslam Respublikasının vətəndaşı, 1979-cu il təvəllüdlü Yusifli Sadat Əlirza Mirsavad oğlunu döyərək 3 min manat, mobil telefon və 2 ədəd noutbuku götürüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR