Klintonun namizədliyi rəsmi olaraq ABŞ prezidenti postuna irəli sürülüb

Klintonun namizədliyi rəsmi olaraq ABŞ prezidenti postuna irəli sürülüb
# 27 iyul 2016 01:34 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun namizədliyi Demokratlar Partiyası tərəfindən rəsmi olaraq ABŞ prezidenti postuna irəli sürülüb. Beləliklə, Hillari Klinton ABŞ-ın tarixində prezident postuna ilk qadın namizəd olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partiyanın Filadelfiyada keçirdiyi qurultayında baş tutan səsvermə zamanı Klinton tələb olunan 2383 səs toplayıb.

Keçirilmiş praymerizlərin yekununda Klinton qurultay iştirakçılarından 2800-dən çoxunun səsini toplayaraq partiya üzrə əsas rəqibi Berni Sandersi (2700-dək səs toplayıb) üstələyib.

Prosedura əsasən, Klinton bundan sonra prezident seçkilərində iştirakına rəsmi razılığını verməlidir. Klintonun iyulun 28-nə nəzərdə tutulmuş çıxışı qurultayın final tədbiri olacaq.

ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR