Azərbaycanda qeyri-həyat sığortası bazarı 3,5% azalıb

Azərbaycanda qeyri-həyat sığortası bazarı 3,5% azalıb
# 18 noyabr 2014 08:31 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda sığorta haqlarının 271 mln. manatı və ya 76,1%-i qeyri-həyat sığortasının payına düşüb.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib.

Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-həyat sığorta bazarı 9,7 mln. manat və ya təxminən 3,5% azalıb.

Qeyri-həyat sığortası üzrə yığımların 21,8%-i və yaxud 59,1 mln. manatı tibbi sığortanın, 21,7%-i və ya 58,8 mln. manatı avtomobillərin icbari sığortasının, 11,7%-i və ya 31,6 mln. manatı kasko sığortanın, 9,9%-i və ya 26,8 mln. manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 5,4%-i və ya 14,8 mln. manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb.

2014-cü ilin 10 ayında sığorta bazarındakı ödənişlərin 80,6%-i və ya 105,9 mln. manatı qeyri-həyat sığortasının payına düşüb. Bu, 2013-cü ilin eyni dövrünə nisbətən 10,3 mln. manat və ya təxminən 10,8% çoxdur.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 37,5%-i və ya 39,7 mln. manatı tibbi sığortanın, 22,3%-i və ya 23,6 mln. manatı kasko sığortanın, yəni 23,3%-i və ya 24,7 mln. manatı avtomobillərin icbari sığortasının, 6,7%-i və yaxud 7,1 mln. manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 1,6%-i və ya 1,7 mln. manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 39,1 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar - oktyabr aylarında 34,1 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR