Qusarda 17 yaşlı qız itkin düşüb - FOTO

 Qusarda 17 yaşlı qız itkin düşüb - <span style="color: red;">FOTO
# 09 mart 2015 10:32 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Qusar rayonunda 17 yaşlı qız itkin düşüb.

APA-nın şimal bürosunun xəbərinə görə, bu barədə Qusar Rayon Polis şöbəsinə itkin düşən 1998-ci il təvəllüdlü Behbudova Nairə Yaşarovnanın anası Ziyadxanova Nayilə Ziyadxanovna məlumat verib.

O bildirib ki, qızı 2014-cü ilin dekabrında yaşadığı Qusar rayonu Saleh-oba kəndindəki evdən çıxaraq naməlum istiqamətdə gedib.

Rayon ərazisində aparılan ilkin əməliyyat-axtarış tədbirləri nəticəsində N. Behbudovanı tapmaq mümkün olmayıb.

Onun fərdi əlamətləri aşağıdakı kimidir: Boyu 150 sm, normal bədən quruluşlu, sifəti dairəvi, saçları qara, gözlərinin rəngi qəhvəyidir.

Evdən çıxarkən əynində qara rəngli uzun gödəkcə, göy rəngdə kofta, əynində göy rəngli cins şalvar və ayağında qara rəngli qadın çəkməsi olub.

Onun barədə məlumatı olan şəxslərdən Qusar Rayon Polis Şöbəsinə (023) 385-28-03, 385-28-35, 385-43-19 və “102” nömrəli telefonlara zəng vurmaq xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR