Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı 149 yerli müşahidəçi qeydə alınıb

Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı 149 yerli müşahidəçi qeydə alınıb
# 06 dekabr 2014 12:23 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahovun rəhbərliyi ilə keçirilən iclasda əvvəlcə gündəlik təsdiq olunub.

Gündəlikdə iclasda dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələr müzakirə olunub, bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb.

Daha sonra M.Pənahov bələdiyyə seçkiləri ilə bağlı qeydə alınan müşahidəçilər barədə məlumat verərək bildirib ki, hazırda MSK-da 149 nəfər, Dairə Seçki komissiyalarında isə 11 078 yerli müşahidəçi qeydə alınıb. O qeyd edib ki, MSK tərəfindən qeydə alınanlardan 76 nəfəri VHP-nin üzvü, 1 nəfər isə xüsusi icazə əsasında qeydiyyata alınıb: “Yerlərdə də bu proses aparılır, DSK-lar tərəfindən 11078 müşahidəçi qismində qeydiyyata alınıb. Bunlardan 5271 öz təşəbbüsü ilə, 5806 nəfəri isə 17 siyasi partiyanın nümayəndələridir”.

MSK sədri bildirib ki, MDB Parlamentlər Assambleyasına aid olan bir QHT-dən 6 nəfərin seçki prosesini izləmək üçün qeydiyyatı aparılıb. Müşahidəçi qismində iştirak etmək üçün beynəlxalq təşkilatlara da sorğu göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR