Bakıda ölümlə nəticələnən yanğın baş verib

Bakıda ölümlə nəticələnən yanğın baş verib
# 27 fevral 2013 10:18 (UTC +04:00)

Bakı. Fuad Cəfərov- APA. Bakıda ölümlə nəticələnən yanğın olub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın fevralın 26-da Xəzər rayonunun Mərdəkan qəsəbə sakini Adil Qasımova məxsus evdə qeydə alınıb. Nəticədə evin yanar konstruksiyaları yanıb, yanğın söndürüldükdən sonra ev sahibinin yanmış meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR