AMEA-nın 99 əməkdaşına “Əmək veteranı” adı və əmək veteranı vəsiqəsi veriləcək

AMEA-nın 99 əməkdaşına “Əmək veteranı” adı və əmək veteranı vəsiqəsi veriləcək
# 08 iyul 2014 10:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində AMEA prezidenti Akif Əlizadənin “AMEA-nın əməkdaşlarına “Əmək veteranı” adının verilməsi haqqında” sərəncamına uyğun olaraq yaradılmış komissiyanın iclası keçirilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclası komissiyanın sədri, Birləşmiş Veteranlar Şurasının (BVŞ) kuratoru, akademik Akif Hacıyev açıb.

Tədbirdə AMEA elmi müəssisə və təşkilatlarından “Əmək veteranı” adını almaq üçün BVŞ-yə daxil olmuş 112 sənədə baxılıb. Bu sənədlərdən 99-u məqbul hesab edilib. Sənədlərin Nazirlər Kabinetinin qəbul etdiyi qərarın müddəalarına uyğun olduğu təsdiq edilib.

İclasda elmi müəssisə və təşkilatlarda 99 əməkdaşa “Əmək veteranı” adının və əmək veteranı vəsiqəsinin verilməsi qərara alınıb. Belə ki, Aşqarlar Kimyası İnstitutunda 30, Neft-Kimya Prosesləri İnstitutunda 25, Dilçilik İnstitutunda 14, Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 14, İnformasiya Texnologiyaları İnstitutunda 6, Elmi İnnovasiyalar Mərkəzində 4, Genetik Ehtiyatlar İnstitutunda 3, Şərqşünaslıq İnstitutunda 2, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda isə 1 nəfərə “Əmək veteranı” adı və əmək veteranı vəsiqəsi veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR