Ağdamda yaşı 8000 il olan yaşayış evi tapılıb - FOTOSESSİYA

Ağdamda yaşı 8000 il olan yaşayış evi tapılıb - <span style="color: red;">FOTOSESSİYA
# 22 iyul 2015 14:15 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, qədim yaşayış məskəni artıq dördüncü mövsümdür qazıntı işləri aparılan İsmayılbəy təpəsində müəyyən edilib. Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri Xaqani Alməmmədovun sözlərinə görə, qazıntılar zamanı üzə çıxan qalıqlar belə deməyə əsas verir ki, burada tapılan evlər memarlıq üslubuna görə Qafqaz arxeologiyası üçün yenilikdir.

Qazıntılar zamanı, hündürlüyü 3.40 metr, diametri 5.4 metr olan yaşayış evindən həm də 4 ədəd təsərrüfat küpü, 1 uşaq qəbri və 200 ədəd sapand daşı üzə çıxıb.

X. Alməmmədov APA-ya müsahibəsində deyib ki, qazıntı işlərindən müxtəlif analizlər götürülüb və müəyyən edilib ki, abidə bizim eradan əvvəl 5700 il öncəki dövrü əhatə edir.

Arxeoloq onu da bildirib ki, İsmayılbəy təpəsində dörd mövsüm ərzində 400 kvadratmetrlik ərazidə qazıntı işləri aparılıb və buradan Qafqaz arxeologiyası üçün çox mühüm nümunələr aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR