Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunan sərgi açılıb - FOTO

Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunan sərgi açılıb - FOTO
# 09 oktyabr 2023 12:22 (UTC +04:00)

Moskvada “Hacı Zeynalabdin Tağıyev – sənayeçi və xeyriyyəçi. Rusiya və Azərbaycan tarixində şəxsiyyətin rolu” adlı sərgi açılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki (VDNX) “Azərbaycan” pavilyonunda açılan Azərbaycan Dövlət Neft Şirkətinin “SOCAR RUS” törəmə bölməsi və Geologiya, Neft və Qaz Muzeyi ilə birgə təşkil olunub.

Neft və qaz sənayesi işçilərinin peşə bayramına həsr olunan sərgini açan “Azərbaycan” pavilyonunun direktoru Səadət Kadırova xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin şəxsiyyətinin hərtərəfli diqqətə layiq olduğunu qeyd edib. “Hacı Zeynalabdin Tağıyev öz vəsaitini böyük humanitar layihələrə xərcləyib. Bu layihələr həm Azərbaycana, həm də Rusiyaya həsr olunub. O, azərbaycanlı qızların təhsil almasına xüsusi diqqət yetirib, Azərbaycanda gimnaziya açıb. Sentyabr ayında biz həm Azərbaycanda, həm də Rusiyada Neftçilər Gününü qeyd edirik və qərara gəldik ki, “Azərbaycan” pavilyonunda bu möhtəşəm insana həsr olunmuş fotosərgi təşkil edək, onun keçdiyi həyat yolu haqqında məlumatları təqdim edək”, - deyə S.Kadırova vurğulayıb.

Sərgidə Hacı Zeynalabdin Tağıyevin həyat yolunu və fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş etdirilib. Sərginin qonaqları həmçinin sənayeçi və xeyriyyəçinin tərcümeyi-halı, Azərbaycanın neft sənayesinin tarixi ilə yaxından tanış ola biliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR